Bakı məktəblərinə psixoloq işinə qəbulla bağlı müsahibə keçirilir. Bu haqda 16 mart tarixində Bakı Şəhəri üzrə Təhsil İdarəsi məlumat verib.

Bakı məktəblərinə psixoloq vəzifəsinə işə qəbul üzrə müsabiqənin test imtahanı mərhələsinin keçid balını toplamış 303 namizəd müsahibə mərhələsində iştirak etmək hüququ qazanıb.

Müsabiqədə ali təhsil müəssisələrini psixoloq ixtisasları üzrə bitirmiş, dövlət nümunəli təhsil sənədi almış və ya xarici ölkədə aldığı ali təhsil haqqında sənədi tanınmış Azərbaycan vətəndaşları iştirak ediblər.