Bakıda yanğın hadisəsi qeydə alınıb. Bu haqda BakuPlus.az Fövqəladə Hallar Nazirliyinə istinadən bu gün, 16 mart tarixində xəbər verir.

Paytaxtın Nəsimi rayonunda çoxmərtəbəli yaşayış binasının 6-cı mərtəbəsində ümumi sahəsi 135 kv.m olan mənzilin mətbəxində mebel 4 poqonometr və qismən 1 ədəd paltaryuyan maşın yanıb.

Hadisə yerinə FHN əməkdaşları cəlb olunub. Yanğın söndürülüb.

Mənzil yanğından mühafizə olunub.