“N” saylı hərbi hissədə Novruz bayramına həsr olunmuş konsert keçirilib. Bu haqda 17 mart tarixində Bakuplus.az Bakı Şəhər Mədəniyyət Baş İdarəsinə istinadən xəbər verir.
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Badamdar qəsəbə Mədəniyyət evinin və Balaxanı qəsəbə Mədəniyyət evinin birgə təşkilatçılığı ilə martın 16-da N saylı hərbi hissədə Novruz bayramına həsr olunmuş konsert keçirilib.
Konsertdə Aynurə Şirinova, Nəzakət Vüqarlı, İnci qrupu, Vüsal Xəlili, Əli Əzizoğlu, Rəhman Mirzəzadə, Orxan İsazadə və Bahar qızı Şəbnur Allahverdili çıxış ediblər.
Konsertin sonunda “Yaşasın, Azərbaycan!” şüarı səsləndirilib və qonaqlar əsgərlərlə bir yerdə rəqs ediblər.
Bakıda hərbi hissədə Novruz bayramı konserti keçirilib





