Bakı metrosunun iş rejimində dəyişikliklər ediləcək. Bu haqda 18 mart tarixində Bakuplus.az “Bakı Metropoliteni” QSC-yə istinadən məlumat verir.

Bakıda 19-22 mart tarixlərində “Bakı Metropoliteni” QSC tərəfindən növbətçilik cədvəli tutulacaq. Bununla da “Nərimanov” elektrik deposunda ehtiyat qatarlar saxlanılacaq və zərurət yaranacağı təqdirdə xəttə çıxarılacaq.

Həmçinin martın 19-20-də metropolitenin “İçərişəhər” stansiyasında sərnişinlərə Novruz bayramına həsr edilmiş şou-proqram təqdim ediləcək. Bundan əlavə, iki gün ərzində 4 stansiyada konsert proqramı təşkil olunacaq. Eləcə də mart ayının 19-22-də “İçərişəhər” stansiyasında retro vaqonlardan ibarət qatar nümayiş olunacaq.