Yeni il günü çay evində tanışını öldürən şəxsin məhkəməsi başlayır. Bu haqda 19 mart tarixində APA məlumat verib.

Binəqədi rayonu,Mircəlal küçəsində yerləşən çay evlərinin birində ötən il dekabrın 31-də münaqişə zəminində Cavid Ataşzadə Bakı şəhər sakini Fikrət Hüseynovu kürək nahiyəsindən bıçaqla vuraraq qətlə yetirib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində C.Atəşzadə saxlanılıb və istintaqa təhvil verilib. Təqsirləndirilən şəxs barəsində toplanan cinayət işi materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.