Çobanları oğurlamaqda təqsirləndirilən fermerə hökm oxunub. Bu haqda 19 mart tarixində APA məlumat verib.

Bakı Ağır Cinayətlər Məhkəməsində adam oğurluğu və insan alverində təqsirləndirilən Fazil İsmayılovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Hökmə əsasən o, 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Sabunçu rayonu ərazisində heyvandarlıq fermasının sahibi olan İsmayılov 2 nəfər çobanı qanunsuz olaraq saxlayıb. Hüquq-mühafizə orqanlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində fermanın ünvanı müəyyən olunub və həmin şəxslər azad edilib.