Bakının Xətai rayonunda 10-TY-307 qeydiyyat nişanlı “VAZ-2107” markalı avtomobilin sürücüsü alın şüşəsinə göy və qırmızı sayrışan işıqlar quraşdıraraq hərəkət edib. Bu haqda Avtosfer.az 21 mart tarixində məlumat verib.
Bildirilir ki, avtomobilin sürücüsü həmin görüntüləri sosial şəbəkələrdə paylaşıb. Kadrlarda həmçinin görünür ki, sürücü avtomobilin asqı sisteminə də normativ tələblərini pozaraq avadanlıq quraşdırıb.
Qeyd olunan qanunsuz dəyişiklikləri nəzərə alaraq, həmin sürücü 500 manatdan 800 manata qədər cərimələnə bilər.