Bakıda oğurluq hadisəsi törətmiş şəxs polis tərəfindən saxlanılıb. Bu haqda BakuPlus.az Daxili İşlər Nazirliyinə istinadən bu gün, 22 mart tarixində xəbər verir.

Paytaxtın Sabunçu rayonu ərazisində müxtəlif vaxtlarda rayon ərazisindəki 2 evdən 500 manat pul və 5000 manat dəyərində qızıl-zinət əşyalar oğurlamaqda şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş Ü.Cavadov saxlanılıb.

Faktla bağlı istintaq tədbirləri davam edir.