Bakıda yeni marşrut xətti təşkil edilib. Bu haqda BakuPlus.az Bakı Nəqliyyat Agentliyinə istinadən bu gün, 22 mart tarixində xəbər verir.

Vətəndaş müraciətləri nəzərə alınaraq, Bakı Dəmiryolu Vağzalı – 11 saylı məktəb istiqamətində 27 nömrə adı altında yeni müntəzəm marşrut xətti təşkil edilib.

Marşrut xətti vətəndaşlara Murad Qafur, Zaur Nudirəliyev, Ceyhun Hacıbəyli küçələrində yerləşən təhsil müəssisələri, iaşə obyektlərinə, eyni zamanda “Çermet” adlanan yaşayış massivindən birbaşa, əlavə ödəniş etmədən “28 May” m/st istiqamətində getməyə imkan verəcək.

Marşrutun başlanğıc dayanacaq məntəqəsi Murad Qafur küçəsi (11 saylı məktəb), son dayanacaq məntəqəsi isə Süleyman Rəhimov küçəsi (Bakı Dəmiryolu vağzalı) müəyyənləşdirilib.