Paytaxtın Xətai rayonunda bıçaqlanma hadisəsi baş verib. Bu haqda BakuPlus.az APA-ya istinadən bu gün, 23 mart tarixində xəbər verir.
Rayonun General Şıxlinski küçəsində yerləşən iaşə obyektlərinin birində kafe sahibi 43 yaşlı Ramin Məmmədov mübahisə zəminində hesabı ödəməyən müştəri tərəfindən bıçaqlanıb.
O, ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.