Göranboyda paytaxt sakini həyat yoldaşını qətlə yetirib. Bu haqda 24 mart tarixində APA məlumat verib.
Dəliməmmədli şəhərində Bakı şəhər sakini 45 yaşlı Mehman Süleymanov idarə etdiyi “Range Rover” markalı avtomobillə ilk olaraq həyat yoldaşı, 37 yaşlı Əfsanə Məmmədovanı vurub, daha sonra bıçaqlayıb. Yaralı ağır vəziyyətdə Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq qadın xəstəxanada dünyasını dəyişib.
Faktla bağlı araşdırma davam edir.