Bakıda qanunsuz parkinq sökülüb. Bu haqda 24 mart tarixində Qafqazinfo.az məlumat verib.

Xocalı prospektində yerləşən “Mübarək” şadlıq evinin qarşısında qanunsuz parkinq quraşdırılmışdır. Vətəndaşlar üçün nəzərdə tutulan parkinq dəmir kilidlərlə zəbt olunmuşdur.

Bakı Nəqliyyat Agentliyi hadisəyə müdaxilə edərək tədbir görüb. Ərazidə quraşdırılan dəmir kilidlər sökülüb, əvəzinə plastik arakəsmələr qoyulub.