Bakıda Avropa İttifaqının dəstəyi ilə “Fokusda münaqişə” adlı seminar keçiriləcək. Bu haqda bu gün, 26 mart tarixində Bakuplus.az “Baku Community Space”-ə istinadən xəbər verir.
Layihədə 4 fərqli film nümayiş olunacaq və hər film barədə müzakirələr aparılacaq. Məqsəd, film vasitəsilə münaqişələrə yeni perspektivdən baxış və tənqidi düşüncənin formalaşdırılmasıdır.
Filmlər Azərbaycan dilində altyazı ilə göstəriləcək. Üumilikdə 4 film nümayiş olunacaq. Hər film fərqli günlərdə göstəriləcək. Hər 4 sessiyada iştirak edənlərə sertifikatlar təqdim olunacaq.
Tədbir “Baku Community Space”-də 10, 16, 23, 30 aprel 2022-ci il tarixlərində keçiriləcək.
İştirak üçün şərtlər:
- 18-25 yaşında olmaq;
- 4 sessiyada tam iştirak;
- Münaqişə transformasiyası və film mövzusunda maraqlı olmaq
- Qeyri-formal təhsil sahəsində təcrübə arzuolunandır.
Qeydiyyat linki: https://docs.google.com/…/1FAIpQLSdyriIX4…/viewform
Son müraciət tarixi: 30 mart 2022-ci il.