Bakı Beynəlxalq Avtovağzalı bayram günlərindəki fəaliyyəti barəsində açıqlama verib. Bu haqda bu gün, 28 mart tarixində Bakuplus.az quruma istinadən xəbər verir.
15-27 mart aralığında paytaxtdan bölgələrə 2813 reys həyata keçirilib, ümumilikdə 76.369 sərnişin daşınıb. Xəttə hər gün əlavə 123 avtobus buraxılıb.
“Gücləndirilmiş iş rejimi vaxtı heç bir yol-nəqliyyat hadisəsi qeydə alınmayıb”, – deyə qurum əlavə edib.