Rəssam Mirzəağa Qafarov vəfat edib. Bu haqda bu gün, 29 mart tarixində Bakuplus.az Dövlət Rəssamlıq Qalereyasına istinadən xəbər verir.

İncəsənət xadimi 15 avqust 1927-ci ildə Bakıda anadan olmuşdur. Əzim Əzimzadə adına Azərbaycan Rəssamlıq Məktəbini, 1958-ci ildə Muxina adına Leninqrad Rəssamlıq İnstitutunu bitirmişdir. O,1960-cı ildə Azərbaycan Rəssamlar İttifaqının üzvü olmuşdur.

Rəssam, “Dədə Qorqud”, “Abşeron motivi”, “Sülh naminə”, “Şeyx Şamil”, “Abşeron qadınları”, “20 Yanvar. Ruh” və s. kimi əsərlərin müəllifi olmuşdur. Həmçinin çoxsaylı divar rəsmlərinin, mozaik pannoların, keramik kompozisiyaların və dəzgah rəngkarlığı nümunələrinin müəllifi kimi yaddaşlarda qalmışdır.