Bakıda yerləşən Respublika Klinik Uroloji xəstəxanasında kadr dəyişikliyi baş verib. Bu haqda bu gün, 30 mart tarixində Bakuplus.az “Report”-a istinadən xəbər verir.

Nicat Kərimov baş həkim vəzifəsinə təyin olunub. TƏBİB-in İdarə Heyətinin sədri vəzifəsini icra edən Vüqar Qurbanov bu haqda əmr imzalayıb.

Bundan əvvəl, 11 fevral tarixində Pərviz Hacıyev sözügedən tibb müəssisənin baş hakimi vəzifəsindən ayrılmışdır.