Suraxanı rayonunda azyaşlının evliliyə cəlb edilməsi faktı Ombudsman tərəfindən araşdırılıb. Bu haqda 30 mart tarixində APA məlumat verib.
Gəncədə 2021-ci ildə 15 yaşlı qız oğlana qoşularaq Bakıya qaçıb. Hazırda Suraxanı rayonunda yaşayan qız 6 aylıq hamilədir. Yayılmış məlumat Ombudsman Aparatı tərəfindən araşdırılaraq nəzarətə götürülüb. Hamilə qızın xalası ilə əlaqə saxlanılıb, onun səhhəti, təhsili və hüquqlarının təmini vəziyyəti öyrənilib.
Məsələnin araşdırılması və azyaşlının hüquqlarının təmin olunması istiqamətində müvafiq tədbirlərin görülməsi məqsədilə Azərbaycan Respublikasının Təhsil Nazirliyinə, Suraxanı Rayon İcra Hakimiyyətinə və Suraxanı Rayon Polis İdarəsinə müraciət olunub.