Paytaxtın Binəqədi rayonu, Bakı-Sumqayıt yolu ilə Şamaxı yolunun arasında meşələr zibilliyə çevrilib. Bu haqda bu gün, 31 mart tarixində Bakuplus.az Xəzər Xəbərə istinadən məlumat verir.

Tullantı poliqonuna çevrilən yaşıllıq ərazi kəskin qoxu və həşəratlar səbəbindən sakinlərin şikayətinə səbəb olur. Baxımsızlıqdan buradakı ağaclar quruyur.

Bundan əlavə, ərazi nəzarətdə olmadığı üçün axşam saatlarında narkomanların yuvasına çevrilir. Onlar yaxınlıqdan keçən sakinləri qorxuya salır.

Foto Xəzər Xəbərin rəsmi Youtube kanalı
Foto Xəzər Xəbərin rəsmi Youtube kanalı