Bakıda 3 ədəd qumbara aşkarlanıb. Bu haqda 2 aprel tarixində APA məlumat verib.

Səbail rayonu ərazisində döyüş tətbiqinə yararlı 3 ədəd F-1 əl qumbarası və UZRQM-2 markalı qumbaranın 3 ədəd partladıcısı aşkar olunub.  FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin minalardan təmizləmə üzrə çevik qrupu ərazidəki insanları təhlükəsiz məsafəyə uzaqlaşdırıb və kənar şəxslərin əraziyə girişi müvəqqəti məhdudlaşdırılıb.

Sursatlar çevik qrupun mütəxəssisləri tərəfindən ərazidən götürülüb və zərərsizləşdirilib.