Bakı Kitab Mərkəzində Fəxriyyə Xələfovanın iştirakı ilə oxu saatı keçiriləcək. Bu haqda BakuPlus.az bu gün, 4 aprel tarixində xəbər verir.
Tədbir aprelin 8-i saat 16:00-da uşaqlar üçün keçiriləcək.
Bu tip tədbirlərin keçirilməsində məqsəd uşaqları ədəbiyyatla tanış etmək, kitaba olan maraqlarını artırmaqdan ibarətdir.
Tədbirin ilk qonağı – rəssam-modelyer, Əməkdar incəsənət xadimi Fəxriyyə Xələfova olacaq.
İştirak sərbəstdir.