Paytaxtın Nəsimi rayonunda təmir-bərpa işləri davam edir. Bu haqda 4 aprel tarixində Nəsimi Rayon İcra Hakimiyyətinin mətbuat xidməti məlumat verib.

Nəsimi rayonu Hüseynbala Əliyev küçəsi 3, 5 və 7 saylı binalarda abadlıq və quruculuq işlərinə başlanılıb.

Görülən işlər aşağıdakılardır:

  • binaların əhatəsindəki həyətlərdə kök üstə qurumuş və təhlukəli vəziyyətdə olan ağaclar aqrotexniki qaydada budanılır və ərazidən çıxarılır;
  • ümumi yaşayış binalarının fasadları bərpa olunur və rəngləmə işləri görülür;
  • həyətlərə yeni bordürlər və tamet daşları vurulur;
  • dam örtükləri əsaslı təmir olunur;
  • blokların qapı və pəncərələri yeniləri ilə əvəz olunur;
  • yağış suları axıdan boru və navalçaların dəyişdirilirməsi işlərinə başlanılıb.

Binaları əhatə edən həyətdə də müvafiq işlər görülür. Belə ki, asfalt örtüyü salınır, qazon və tamet daşları vurulur, bordürlər və zibil qutuları quraşdırılır. Həyətin ərazisində söhbətgahlar, işıqlandırma sistemi, idman və uşaq meydançalarının yaradılması planlaşdırılır. Həmçinin oturacaqların quraşdırılması, avtomobillərin parklanması üçün xüsusi yerlərin ayrılması   nəzərdə tutulub.

Foto Nəsimi rayonu İCraq Hakimiyyətinin rəsmi saytı
Foto Nəsimi rayonu İCraq Hakimiyyətinin rəsmi saytı
Foto Nəsimi rayonu İCraq Hakimiyyətinin rəsmi saytı
Foto Nəsimi rayonu İCraq Hakimiyyətinin rəsmi saytı Foto Nəsimi rayonu İCraq Hakimiyyətinin rəsmi saytı Foto Nəsimi rayonu İCraq Hakimiyyətinin rəsmi saytı