Külək paytaxtın Suraxanı rayonunda yerləşən məktəbə ziyan vurub. Bu haqda bu gün, 4 aprel tarixində Bakuplus.az Baku.ws-ə istinadən xəbər verir.

278 saylı tam orta məktəbin damı uçub. Hadisə anı şagirdlər dərsdə olub. Daha bir oxşar hadisə Xırdalan şəhəri, 9 saylı tam orta məktəbdə də baş verib.

Araşdırmalar davam edir.