Bakıda top mərmisi aşkarlanıb. Bu haqda 7 aprel tarixində Fövqəladə Hallar Nazirliyi məlumat verib.

Pirallahı rayonunda sakinlərin biri sursat aşkar edib. Hadisə yerinə dərhal FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin minalardan təmizləmə üzrə çevik qrupu cəlb edilib. Həmin yerə baxış keçirilib və 1 ədəd 100 mm-lik OF-32 top mərmisi ərazidən götürülüb. Mərmi XRXX-in çevik qrupunun mütəxəssisləri tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən kənarlaşdırılıb.

Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.