Akademik Teymur Bünyadov ilə vida mərasimi keçirilib. Bu haqda bu gün, 9 aprel tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Elm, və mədəniyyət xadimləri, ictimaiyyət nümayəndələri və mərhumun ailə üzvləri mərasimdə iştirak ediblər. Daha sonra Teymur Bünyadov II Fəxri Xiyabanda torpağa tapşırılıb.
T.Bünyadov Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri, Əməkdar elm xadimi, “Şöhrət” və “Şərəf” ordenləri laureatıdır. O, 1928-ci ildə Qazax rayonunun II Şıxlı kəndində anadan olmuşdur.