Səbail rayonunda gənc qız intihara cəhd edib. Bu haqda 12 aprel tarixində Kriminalqafqaz məlumat verib.

23 yaşlı A.Cavadova özünü Dağüstü parkda qayanın üzərindən ataraq intihara cəhd edib. Gənc qız ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Hal-hazırda onun vəziyyəti kritikdir.

Faktla bağlı araşdırma davam edir.

13:45 – Yenilənib

A.Cavadova reanimasiya şöbəsinə yerləşdirilib və ona sağ bazu sümüyünün orta üçdə birinin yerdəyişən, sol bud sümüyünün aşağı üçdə birinin sınığı və bədənin müxtəlif nahiyələrində küt travma diaqnozları qoyulub. Hazırda qızın huşu aydındır, lakin onun vəziyyəti stabil ağır olaraq qalır.