Bakıda “Natiqlik və Uğur” mövzusunda seminar və fərdi seans keçiriləcək. Bu haqda BakuPlus.az bu gün, 12 aprel tarixində xəbər verir.

Seminarın təlimçisi Dr. Nəcəf Allahverdiyev, “Karnegi Klub Treninq Mərkəzi”nin Direktoru və “Beynəlxalq Trenerlər Assosasiyası”nın üzvüdür.

17 aprel saat 11:30-da baş tutacaq tədbirə qoşulmaq istəyənlər 7 manat ödəməklə həm seminarda, həm də fərdi seansda iştirak edə bilərlər.

Fərdi seans psixopedaqoq, ElMundo Group MMC-nin icraçı direktoru Gövhər İmanlı tərəfindən aparılacaq.

Tədbirə son qeydiyyat tarixi 12 apreldir.

Qeydiyyat üçün əlaqə nömrəsi: +994 77 635 25 55