Bakıda döyülmə hadisəsi qeydə alınıb. Bu haqda BakuPlus.az Oxu.az-a istinadən bu gün, 12 aprel tarixində xəbər verir.
Paytaxtın Səbail rayonunda musiqiçilik edən Türkiyə vətəndaşı Burkay Gülabi sevgilisi 31 yaşlı Pərvini döyüb. Pərvin hadisə ilə bağlı polisə məlumat verib.
İlkin məlumata görə, hadisənin qısqanclıq zəminində baş verdiyi bildirilir.
Faktla bağlı Səbail Rayon Polis idarəsində araşdırmalar aparılır.