Paytaxtın Binəqədi rayonunda taksi sürücüsünə qarşı dələduzluq ediblər. Bu haqda bu gün, 14 aprel tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.

Sürücü olan N.Abdullayev “Daewoo” markalı avtomobildə taksi fəaliyyəti göstərən zaman sərnişin Tural Əliyev onu bıçaqla hədələyərək 40 manat pulunu alıb.

Şübhəli şəxs saxlanılıb. Araşdırmalar davam edir.