Paytaxtın Sabunçu rayonu, Məhəmmədli qəsəbəsində avtoqəza baş verib. Bu haqda bu gün, 15 aprel tarixində Bakuplus.az Apa-ya istinadən xəbər verir.

“VAZ-21099” markalı avtomobil hərəkətdə olan zaman “Toyota” markalı nəqliyyat vasitəsi onun yoluna çıxıb. Toqquşma nəticəsində “VAZ”-ın sürücüsü və sərnişini ağır bədən xəsarətləri alıblar. Onlar xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırmalar davam edir.