Paytaxtın Binəqədi rayonu, Binəqədi qəsəbəsində növbəti ting paylama aksiyası keçiriləcək. Bu haqda bu gün, 15 aprel tarixində Bakuplus.az Ekologiya Nazirliyinə istinadən xəbər verir.

Tədbir Binəqədi qəsəbəsinin şimal hissəsi, Binəqədi-Novxanı yolu, “SOCAR Petroleum”-un önündə baş tutacaq.

“Vətəndaşları fəal iştirak etməyə, təbiətə fayda verəcək bu aksiyadan yararlanmağa çağırırıq”, – deyə qurum əlavə edib.