Bakı Kitab Mərkəzində Günel İbrahimin iştirakı ilə oxu saatı keçiriləcək. Bu haqda BakuPlus.az bu gün, 19 aprel tarixində xəbər verir.

Tədbir aprelin 22-si saat 16:00-da uşaqlar üçün keçiriləcək.

Bu tip tədbirlərin keçirilməsində məqsəd uşaqları ədəbiyyatla tanış etmək, kitaba olan maraqlarını artırmaqdan ibarətdir.

Tədbirin qonağı, “Etika Akademiyası”nın rəhbəri Günel İbrahim balacaları yeni nağıllarla sevindirəcək.

Giriş sərbəstdir.