Bakıda Rauf Hacıyev adına 15 №-li Onbirillik Musiqi məktəbinin “Şuşanın dağları, zəfərin ulduzları” adlı konsert keçiriləcək. Bu haqda BakuPlus.az bu gün, 21 aprel tarixində xəbər verir.

Bakı şəhər Mədəniyyət Baş İdarəsinin dəstəyi ilə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında baş tutacaq konsertdə xarici klassiklərlə yanaşı yerli bəstəkarların da əsərləri səslənəcək.

26 aprel, saat 19:00-da keçiriləcək konsertdə beynəlxalq müsabiqələr laureatları Əbdüləli Hüseynli, Samirə Cəfərli, Zərintac Qurbanzadə, Orxan Hüseynov və Prezident təqaüdçüsü Cəmil Sədizadə çıxış edəcəklər.

Gecədə solistləri Bədii rəhbər Rauf Abdullayevin dirijorluğu ilə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik orkestri müşaiyət edəcək.