Muğam müsabiqəsinin Bakı dinləmələrinə başlanılıb. Bu haqda BakuPlus.az Azərbaycan Televiziyasına istinadən bu gün, 22 aprel tarixində xəbər verir.

Mədəniyyət Nazirliyinin dəstəyi, Heydər Əliyev Fondu və Azərbaycan Televiziyasının təşkilatçılığı ilə keçirilən müsabiqənin dinləmələri Beynəlxalq Muğam Mərkəzində münsiflər heyətinin iştirakı ilə keçirilir və daha 2 gün davam edəcək.

Azərbaycanın bölgələrindən seçilmiş bir birindən istedadlı muğam ifaçılarının iştirak etdiyi müsabiqəyə yaşı 8-dən 30-a qədər olan 200-dən çox şəxs müraciət edib. Onlardan cəmi 20 nəfər müsabiqədə iştirak hüququ qazanıb.

Müsabiqə 10 may tarixində başlayacaq.