Bakıda oğurluqla məşğul olan şəxs saxlanılıb. Bu haqda 22 aprel tarixində Daxili İşlər Nazirliyi məlumat verib.

Binəqədi rayonu, Dərnəgül qəsəbəsində aprelin 18-i evlərin birindən 600 manat və 3400 ABŞ dolları oğurlanıb. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bu əməli törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş A.Kərimov saxlanılıb.

Faktla bağlı araşdırma davam edir.