Xətai rayonunda Vətən müharibəsi şəhidi anılıb. Bu haqda 22 aprel tarixində Bakuplus.az Xətai Rayonu İcra Hakimiyyətinə istinadən xəbər verir.

Dədə Qorqud Şəhidlər qəbiristanlığında şəhid Şahin Səmədovun məzarı ziyarət edilib. Tədbirdə Xətai rayonunun ictimaiyyət nümayəndələri, şəhidin ailəsi iştirak ediblər. Şəhidinin ruhuna dualar oxunub, məzarı qarşısına tər gül-çiçək dəstələri düzülüb. Səmədovun müharibə zamanı göstərdiyi qəhrəmanlıqdan, onun vətənpərvərliyindən danışılıb. Sonda isə xatirə şəkilləri çəkilib.

Şahin Səmədov Aşağı Seyid Əhmədli kəndi uğrunda gedən döyüşlərdə şəhid olub. Qəhrəman ölümündən sonra “Hərbi Xidmətlərə Görə” medalı ilə təltif olunub.

Foto Xətai Rayonu İcra Hakimiyyətinin rəsmi saytı
Foto Xətai Rayonu İcra Hakimiyyətinin rəsmi saytı