Nəsimi rayonunda binada abadlıq işləri aparılır. Bu haqda 25 aprel tarixində Nəsimi Rayon İcra Hakimiyyəti xəbər verib.

Alı Mustafayev küçəsi, 41 saylı binada təmir-bərpa işləri davam etdirilir. Görülmüş işlər:

  • təhlükəli vəziyyətdə olan ağaclar aqrotexniki qaydada budanıb və ərazidən çıxarılıb;
  • binanın fasadında bərpa və rəngləmə işləri aparılıb;
  • yağış sularını axıdan borular və navalçalar dəyişdirilib;
  • giriş qapıları və pəncərələr yeniləri ilə əvəz olunub;
  • binanın qarşısında mövcud istinad divarında dəmir-beton konstruksiya ilə gücləndirmə dayaqları quraşdırılıb;
  • həyətə yeni bordürlər və tamet daşları vurulub;
  • binanın dam örtüyü əsaslı təmir olunub.

Binanın həyətində sakinlərin asudə vaxtlarının səmərəli təşkili üçün söhbətgah və oturacaqların quraşdırılması işləri nəzərdə tutulub.

Foto Nəsimi rayon İcra Hakimiyyətinin rəsmi saytı
Foto Nəsimi rayon İcra Hakimiyyətinin rəsmi saytı