Yay fəsli yaxınlaşdıqca gənclər arasında məşhur olan “Color Fest” də yaxınlaşır. Novxanıda yerləşən AF Hoteldə baş tutacaq festivala biletlər artıq satışdadır. Bu haqda Hadigro.com-a istinadən bu gün, 26 aprel tarixində xəbər verir.
Festival 19 iyun, saat 13:00-da başlayacaq. Qonaqlar arasında Paster, İlkin Abbasov, MC Remo, DMC Fearless, DJ Kenan Drums, DJ Max, DJ Baxa, DJ Rabl olacaqlar.
5 saat davam edəcək festivaldan sonra konsert başlayacaq.
Biletlərin qiyməti 12 və 20 manat arasında dəyişir:
Standart: 12 AZN (Festivala giriş)
Medium: 20 AZN (Festivala giriş + 2 paket boya)
Festival 3 il idi pandemiya səbəbindən keçirilmirdi.