Azarkeşlərlə dalaşan klub prezidentinə cinayət işi açılıb. Bu haqda 27 aprel tarixində Kriminalqafqaz məlumat verib.
Aprelin 24-də Binə qəsəbəsində yerləşən stadionda “Cəbrayıl” – “Energetik” (Mingəçevir) oyunu keçirilib. 0:0 hesabı ilə nəticələnən qarşılaşma zamanı Mingəçevir təmsilçisinin futbolçuları baş hakimə etiraz ediblər, daha sonra referini döyüblər. Oyundan sonra qonaq komandanın prezidenti, 36 yaşlı Ruslan Həmidov yerli azarkeşlərlə dalaşıb, daha sonra isə stadionun hamamındakı şüşəni sındırıb.
Faktla bağlı Xəzər Rayon Polis İdarəsində Həmidova Cinayət Məcəlləsinin “Xuliqanlıq” maddəsi ilə cinayət işi açılıb.