Bakıda əlilliyi olan və olmayan şəxslərin birlikdə voleybol oyunu keçiriləcək. Bu haqda bu gün, 27 aprel tarixində Bakuplus.az “Hands Art”-ın rəsmi Facebook səhifəsinə istinadən xəbər verir.

Heydər Əliyev Mərkəzinin parkında keçiriləcək piknikdə canlı gitara ifası olacaq. Təşkilatçılar tərəfindən sərinləşdirici içkilər və şirniyyat təşkil olunacaq. Həmçinin iştirakçılar özləri ilə içki və çərəz (günəbaxan tumu istisna) gətirə bilərlər.

Oyun oturaq halda olacaq. Bu səbəbdən geyiminizin kirlənəcəyini nəzərə alın.

Tədbir 1 may saat 15:00-da baş tutacaq. İştirak etmək sərbəstdir.