Paytaxtın Nizami rayonu, Keşlə qəsəbəsi, Sabir küçəsi, ev 8A ünvanında kolbasa və sosiska istehsal edən müəssisədə qayda pozuntuları aşkarlanıb. Bu haqda bu gün, 28 aprel tarixində Bakuplus.az Qida Təhlükəsizliyi Agentliyinə istinadən xəbər verir.
“Al-Sana” MMC-yə məxsus müəssisədə dondurucuda nöqsanlar aşkar edilib, eləcə də məhsulların üzərindəki etiketlərdə kərə yağı və qoyun əti qeyd olunsa da, istehsal zamanı bitki və bitki spred yağından istifadə edildiyi, müəssisədə qoyun ətinin alınması və yoxlamalardan keçməsi barədə sənədin olmaması məlum olub.
Bəzi məhsulların üzərində son istifadə tarixi qeyd olunmayıb və ya səhv yazılıb. Məhsulların laborator müayinəsi zamanı da nöqsanlar aşkar olunub.
Qurum yoxlamaların davam etdiriləcəyini bildirib.