“İrəli” İctimai Birliyi tələbələr üçün təlim proqramına start verir. Bu haqda BakuPlus.az bu gün, 28 aprel tarixində xəbər verir.
Özünü inkişaf etdirmək istəyən gənclər üçün nəzərdə tutulmuş təlim proqramı 3 ay müddətində Bakı şəhərində keçiriləcək.
Proqram çərçivəsində şəxsi bacarıqlarda peşəkarlıq, empatiya, başqaları ilə konstruktiv şəkildə işləmə vərdişlərinin formalaşması, münaqişələrin effektiv idarə edilməsi və digər mövzularda təlim sessiyalarının keçirilməsi nəzərdə tutulur.
Proqramın ilk mövsümü 2021-ci ilin noyabrından 2022-ci ilin mart ayınadək olan müddəti əhatə edib və ümumilikdə 35 nəfər gənc təlimlərdə iştirak edib.
Proqramda iştirak etmək istəyən 17-29 yaş aralığında, sosial iş üzrə ixtisaslaşan, bu sahəyə maraqlı, yüksək motivasiyalı, təşəbbüskar, komandada işləmək bacarığına malik gənclər qeydiyyatdan keçə bilərlər.
Təlim proqramına son qeydiyyat tarixi 30 aprel saat 18:00-dır.