Şəhərimizə yay gəlir və hər kəs açıq havada əyləncəyə can atır. Paytaxtda bir çoxlarının sevdiyi elektrik skuterlər şəhərdə çoxalmağa başlayır. Bəs bu zövqü yaşamaq neçəyə başa gəlir?

Bakuplus komandası oxucular üçün Bakıda yerləşən skuterlərin icarəsi məkanlarının qiymətlərini öyrənib.

EScooter.az-ın əsas xüsusiyyəti odur ki, nə qədər çox sürsəniz, o qədər az pul xərcləyəcəksiniz. Bu firmanın iki e-skuter parkı var. Buna görə də skuteri bir nöqtədən götürüb digər nöqtəyə təhvil vermək mümkündür.

Ünvanlar: Yusif Məmmədəliyev küç., 1BXəqani küç., 86E

Qiymət: 1 saat – 6 AZN, 2 saat – 8 AZN, 3 saat – 12 AZN

WingZ skuterlərinin parkları paytaxtın bir neçə nöqtəsində yerləşir. Mobil tətbiqi yükləyirsiniz, aplikasiyadakı xəritəyə baxırsınız, e-skuterlərin yerləşdiyi ən yaxın əraziyə gəlirsiniz, QR kodu oxudub səyahətinizə başlayırsınız.

Tətbiqi AppStoreGooglePlay-dən yükləyə bilərsiniz.

Qiymət: 1 dəqiqə – 20 qəp. E-skuteri aktivləşdirmək üçün əlavə olaraq 1 manat ödəniş edilməlidir.

Bakının mərkəzində yerləşən və elektrik skuterləri icarəyə verən məkanlardan daha biri də Scootermania Baku-dur. Bu məkan da əlçatan qiymətlərlə seçilir.

Ünvan: Səməd Vurğun küç.,16

Qiymət: 1 saat – 8 AZN, növbəti saatlar – 7 AZN

KontaktHome-da hər cür elektrik əşyalar almaq mümkün olduğunu bilirsiniz. Hətta elektrik skuter belə. Bəs onları icarəyə verdiklərindən xəbəriniz var? Sahil filialında e-skuterləri götürərək birbaşa bulvara rahat keçid etmək mümkündür.

Ünvan: Ü.Hacıbəyov və Bülbül küç. kəsişməsi, №207 məhəllə (“Sahil” m.st. yaxınlığı)

Qiymət: 1 saat – 10 AZN, 1 gün – 30 AZN, 1 həftə – 120 AZN

Əgər bu qiymətlər sizi qane etmirsə, Bakının mərkəzində sizin üçün tapa bildiyimiz ən ucuz e-skuter icarəyə verən məkanı təqdim edirik. Nostopaz-da skuterləri gündəlik və saatlıq kirayəyə götürə bilərsiniz.

Ünvan: Həzi Aslanov küç., 26

Qiymət: 1 saat – 5 AZN, 1 gün – 25 AZN