Bakı Metropoliteni kadr itkisi ilə üzləşib. Bu haqda bu gün, 29 aprel tarixində Bakuplus.az quruma istinadən xəbər verir.

Tikinti departamenti rəisinin müavini vəzifəsində çalışmış Əməkdar inşaatçı, 69 yaşlı Rauf İsmayılov uzun sürən xəstəlikdən sonra vəfat edib.

Onun Bakı Metropoliteninin 8 stansiyasının tikintisi, daha sonra isə təmir-bərpasında xüsusi rolu olub. Rauf İsmayılov “Tərəqqi” medalı və “Əməkdar mühəndis” fəxri adlarına layiq görülmüşdür.