Avtomobillərdə pərdə və plyonkadan istifadə qadağasının ləğv edilməsi ilə bağlı Yol hərəkəti haqqında qanuna və inzibati xətalar məcəlləsinə dəyişiklik olsa da, bununla bağlı standart müəyyən edilməyib. Bu haqda Xəzər Tv reportaj hazırlayıb.
Ötən il Milli Məclisin plenar iclasında pərdə və plyonka qadağasının ləğv edilməsi ilə bağlı müvafiq qərar verilib. Bu standartı müəyyən etmək üçün Nazirlər Kabinetinə 3 ay vaxt verilsə də, həmin tarixdən indiyədək məsələ öz həllini tapmayıb.
Azərbaycanın qəbul etdiyi Avropa İqtisadi Komissiyasının 42 saylı qaydasında da qeyd olunub ki, sürücünün kürəyindən arxada qalan şüşələrin şəffaflığı onun öz öhdəliyinə buraxılıb.
Yol hərəkəti qaydaları üzrə ekspert Elməddin Muradlı qeyd edib ki, texniki baxış, eləcə də avtomobilin qeydiyyat və təkrar qeydiyyat prosesi zamanı avtomobilin üzərində olan plyonka və pərdənin sökülməsi kimi tələblərin irəli sürülməsi düzgün yanaşma deyil:
“Əgər söhbət Yol hərəkəti haqqında qanunun tələbindən gedirsə, bu qanun küçədə də, yolda da və texniki baxış zamanı da keçərlidir”.
Pərdə və plyonka ilə bağlı standartın nə zaman müəyyən ediləcəyi məlum deyil.