Dövlət İmtahan Mərkəzi dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üçün inzibati rəhbər vəzifələrə aid olan AB, AC və inzibati icraçı vəzifələrə aid olan BA, BB vəzifə qruplarına uyğun vəzifələr üzrə dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üçün test imtahanları keçirəcək. Bu haqda BakuPlus.az Report-a istinadən bu gün, 6 may tarixində xəbər verir.

Mayın 8-də keçiriləcək imtahanlara buraxılış vərəqələrini əldə edərək yer və vaxt barədə ətraflı məlumat almaq mümkündür.

BB vəzifə qrupuna aid olan vəzifələr üzrə imtahan kağız daşıyıcılar vasitəsilə keçiriləcək.

İmtahan saat 11:00-da başlayacaq. Saat 10:45-dən sonra gələn namizədlər imtahana buraxılmayacaq. Namizəd imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini və “İmtahana buraxılış vərəqəsi”ni mütləq gətirməlidir.

AB, AC, BA qrupları üzrə olan imtahanlar isə kompüter vasitəsilə Bakı şəhəri, Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi, 28 (8 Noyabr metro stansiyasının yanı) ünvanında keçiriləcək.

Kompüter vasitəsilə keçirilən imtahanda buraxılış vərəqəsinə ehtiyac yoxdur. Həmin namizədlər şəxsiyyətini təsdiq edən sənədin əslini təqdim etməlidir. İmtahan saat 11-də başlayır. Namizədlər saat 10-dan gec olmayaraq imtahan binasının önündə olmalıdır.

Hər iki imtahan 2 saat 30 dəqiqə davam edəcək.

İmtahanda iştirak etmək üçün AB qrupu üzrə 3, AC qrupu üzrə 9, BA qrupu üzrə 79, BB qrupu üzrə 207 nəfər lmaqla, ümumilikdə 298 namizəd qeydiyyatdan keçib.

Namizədlər keçid balları ilə buradan tanış ola bilərlər.