Ötən gün Bakıda “Qarabağ” futbol klubunun baş məşqçisi, əməkdar məşqçi Qurban Qurbanovun “My Class” fitnes klubu fəaliyyətə başlayıb. Bu haqda BakuPlus.az bu gün, 6 may tarixində xəbər verir.
Tədbirdə gənclər və idman naziri Fərid Qayıbov, Azərbaycan Respublikası Milli Məclisinin sədr müavini Adil Əliyev, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov və digər rəsmi şəxslər iştirak ediblər.
Açılış mərasimində KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov çıxış edib.
İdman zalları “COVİD-19” pandemiyasının təsirinə ən çox məruz qalmış sektorlardan biridir. Pandemiyanın neqativ təsirlərinə baxmayaraq, bu sahə öz fəaliyyətini bərpa edir, yeni sahibkarlıq obyektləri yaranır.