“Artlife Sahil” rəssamlıqla maraqlananlar üçün təcrübə proqramı elan edir. Bu haqda BakuPlus.az bu gün, 7 may tarixində xəbər verir.

Proqram 2 istiqaməti əhatə edir:

1.Koordinator assistenti;

2.Rəssam assistenti.

Seçdiyiniz istiqamətə uyğun olaraq tərtib olunan proqram müddəti ərzində Artlife əməkdaşları ilə birgə real iş mühitində, yaradıcı atmosferdə bilik və bacarıqlarınızı inkişaf etdirə biləcəksiniz.

Tələblər:

  • Öyrənməyə və inkişafa böyük həvəsi olan;
  • Araşdırma qabiliyyətli;
  • Komandada işləmə bacarığı olan;
  • Yaradıcı və analitik düşüncə bacarıqlarına sahib;
  • Təşəbbüskar və daim yeni təkliflər irəli sürən;
  • Ünsiyyətcil, çalışqan və məsuliyyətli olmalıdır.

3 aylıq proqram zamanı:

  • Komanda ilə işləmək imkanı;
  • Kommunikasiya bacarıqları;
  • Sosial media ilə iş;
  • Yeni insanlarla tanış olaraq öz dost çevrəni genişləndirmə;
  • İşlə təmin olunma imkanı;
  • Şəxsi bacarıqlarınızı tətbiq və inkişaf etdirə bilmə imkanı qazanacaqsınız.

İstəyən şəxslər müraciət üçün elektron poçt ünvanına başlıqda “Koordinator assistenti” və ya “Rəssam assistenti” qeyd edərək CV göndərə bilərlər.

Son müraciət tarixi 15 maydır.