TARİXİ XƏBƏRLƏR

Brandenburq qapısı üzərində sovet bayrağını sancan bakılı Rəşid Məcidov

Foto açıq mənbədən

Rəşid Əsəd oğlu Məcidov 21 mart 1908-ci ildə Bakıda hərbçi ailəsində anadan olub.

Məcidov 1923-cü ildə Bakı Sənaye və İqtisadiyyat Texnikimuna daxil olub, 1927-ci ildə oranı bitirib. O, 8 nömrəli uşaq evində tərbiyəçi və qabaqcıl pioner olub. Məcidov 1933-cü ildə Azərbaycan komsomolunun Mərkəzi Komitəsinin birinci katibi kimi fəaliyyət göstərib. Moskvada Ali Partiya Məktəbində təhsilini davam etdirən Məcidov sonradan Qaradağ Rayon Partiya Komitəsinin birinci katibi və Yayımlama Komitəsinin sədri olub. [https://news.day.az/politics/793496.html

Böyük Vətən müharibəsi dövründə o, 416-cı atıcı diviziyasının siyasi şöbəsinin rəhbəri idi. 93%-i azərbaycanlılardan ibarət olan diviziyanın tərkibində Mozdokdan (Şimali Osetiya) Berlinə qədər yol keçib. 2 may 1945-ci ildə Berlinin alınması zamanı polkovnik Rəşid Məcidovun rəhbərliyi altında 416-cı diviziyanın əsgərləri Brandenburq qapısı üzərində sovet bayrağını dalğalandırıb. Berlinə hücum zamanı Məcidov SSRİ-nin Berlindəki səfirliyinin binasını tanıyıb, ona zərər verilməməsi barədə tapşırıq verib. Bunun sayəsində səfirlikdə yerləşən minlərlə məxfi sənəd qorunub saxlanılıb.

“Vışka” qəzetində hərbi polkovnikin müharibə haqqında belə sözləri dərc olunmuşdur: “Müharibəni xatırlamağı xoşlamıram…Müharibə səbirsizliklə və qorxu ilə gözlənilən məktublardır, yaxşılığa xüsusi sevgidir, şərə və ölümə xüsusi nifrətdir. Müharibə zamanı mənim nəslim sevməyi və inanmağı, nifrət və inkar etməyi, gülməyi və ağlamağı öyrəndi. Dinc günlərdə, adətən, dəyərini itirən, adi hala çevrilən şeylərin qədrini bilməyi öyrəndi”. [Элеонора Абаскулиева. Победа, оставшаяся в веках. Азербайджанские известия.-2019.- 9 мая]

Müharibə zamanı hərbi xidmətə görə o, “Qırmızı Ulduz”, iki dəfə “Qırmızı Bayraq”, I və II dərəcəli Vətən Müharibəsi ordenləri ilə təltif olunub.

Müharibədən sonra Rəşid Məcidov Gürcüstan SSR-nin Vaziani kəndində artilleriya alayı heyətinin başçısı təyin olunub. O daha sonra Bakıda Milli Diviziyanın siyasi şöbəsinin rəhbəri olub. Məcidov Bakı şəhəri Oktyabr Rayon Partiya Komitəsinin birinci katibi seçilmiş, bir neçə ildən sonra isə Azərbaycan KP MK-nın inzibati orqanlar şöbəsinin müdiri təyin edilmiş və ömrünün sonuna qədər burada çalışmışdır. [Абаскулиева Э. Отечества достойный сын. //Азербайджанские известия. 30 марта 2008 года]

Müharibə dövründə radiasiyalı ərazilərdə olan Rəşid Məcidov leykemiyadan əziyyət çəkib. Bu səbəbdən polkovnik 2 iyul 1970-ci ildə vəfat edib. O, Bakının I Fəxri xiyabanında dəfn edilib.

 

Share on facebook
Share on telegram
Share on whatsapp
BU BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR