Bu gün, 10 may tarixində rəsmi tədbirlərlə bağlı Bakının mərkəzi küçələrində sıxlıq müşahidə olunur. Bu haqda Bakuplus.az məlumat verir.

Hazırda Parlament prospekti, Mehdi Hüseyn küçəsi, Lermontov küçəsi, Həsən Səyidbəyli küçəsi və Niyazi küçəsində hərəkət qismən məhdudlaşdırılıb.

Həmçinin bir sıra küçələrdə tıxac müşahidə olunur:

  1. Zərifə xanım Əliyeva küçəsi;
  2. Neftçilər prospekti, “Dəniz Mall” ticərət mərkəzinin yaxınlığında;
  3. Afiyəddin Cəlilov küçəsində, əsasən Fəzayıl Bayramov küçəsi ilə kəsişmədən Cavanşir körpüsü istiqamətində;
  4. Üzeyir Hacıbəyli küçəsində, Cavanşir körpüsündən Kövkəb Səfərəliyeva küçəsi ilə kəsişməyə qədər, Hökumət Evi istiqamətində;
  5. 28 May küçəsinin Aleksandr Puşkin küçəsi ilə kəsişməsindən başlayaraq Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər, Bülbül prospekti istiqamətində;
  6. Rəşid Behbudov küçəsinin Zərifə xanım Əliyeva küçəsi ilə kəsişməsindən Dilarə Əliyeva küçəsi ilə kəsişməsinə qədər olan hissəsində;
  7. Abbasqulu ağa Bakıxanov küçəsində, Cəlil Məmmədquluzadə küçəsi ilə kəsişmədən Mərdanov qardaşları küçəsi ilə kəsişməyə qədər;
  8. Bülbül prospektində, Sahil metro stansiyasının qarşısı da daxil olmaqla Xəqani küçəsi ilə kəsişmədən, Neftçilər prospekti istiqamətində;
  9. Yusif Səfərov küçəsində, Afiyəddin Cəlilov küçəsi ilə kəsişmədən başlayaraq Heydər Əliyev prospekti istiqamətində;
  10. Moskva prospektində, köməkçi yolda, 20 Yanvar dairəsi istiqamətində sıxlıq müşahidə olunur.