Məktəblilər arasında Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunan veloyürüş keçirilib. Bu haqda bu gün, 10 may tarixində Real TV məlumat verib.
Yarışa Bakıdan 8 məktəbin 6-9-cu sinif şagirdləri qatılıb. Yürüşdə hər məktəbdən 4 komanda olmaqla, ümumilikdə 160 iştirakçı mübarizə aparıb.
Azərbaycan Velosiped Federasiyasının üzvünün sözlərinə görə, ilkin olaraq Bakı şəhəri üzrə maarifləndirici seminarlar təşkil edilib. Daha sonra isə məktəblərdə yarışlar təşkil olunub və Respublika velotrekində final yarışı keçirilib. Federasiyanın ilk və ən vacib məqsədlərindən biri həm gəncləri velosiped idman növünə cəlb etmək, həm bu idman növünü kütləvi hala gətirmək, insanların velosipedə, sağlam həyat tərzinə, ekoloji nəqliyyat vasitələrinə marağını artırmaqdır. Oxşar tədbrilərin silsilə şəklində nəinki Bakı şəhərində, eləcə də regionlarda planlaşdırılması nəzərdə tutulub.
Veloturun sonunda qalib məktəbə kubok təqdim olunub.
